az en ru

Pambıqçılığın inkişaf tarixi

19.07.2020

Pambığın sadəcə ölkəmizdə deyil, dünyadada önəmli paya sahib olduğu hamıya aşikardır. Dünyada yüngül sənayenin inkişaf etməsində pambığın önəmli olması qədim zamanlardan bilinirdi.    

Arxeoloqların tapıntıları əsasında bizlərə məlum olmuşdur ki, eramızdan 3000 il əvvəl Hinsdistanda pambığın becərilməsi və onun mahlıcından parça toxuma fəaliyyətləri olub. Bu önəmli məlumatları daha detallı olaraq yunan tarixçilər Heradot və Teofrast insanlara çatdırıb. Pambıq lifini isə çox vaxt “ağac yunu” deyə adlandırırdılar.

Pambıq bizim eradan 500 il əvvəl Çindən Misirə yayılıb. Pambığın Orta Asiyaya və İrana yayılması isə IV-V əsrlərə təsadüf edir. IX-X əsrlərdə pambıq lifindən yüksək keyfiyyətli parça toxunmaları olub. Zaqafqaziyada isə pambığın becərilməsi XIII əsrə təsadüf edir. XVIII əsrdə pambıq lifinin sənaye üsulu ilə emalına başlanılıb. Pambığın İran və Ərəbistanda becərilməsi isə bizim eradan 6-7 əsr əvvələ təsadüf edir.

İraqda da pambıqçılığın tarixi çox qədim dövrlərə təsadüf edir. İraqın şimalında yerləşən Noyova vilayəti insanların yaşadığı ən qədim məkanlardan biridir. 9000 il əvvəl bu torpaqlarda inkişaf etmiş əkinçiliyin olduğu təxmin edilir.

Asiyada pambıqçılığn inkişafı Uott ərəbləri ilə əlaqəlidir. Uott ərəblərin Asiya qitəsinə gəlməsi ilə pambıqçılıq inkişafı yaşanmışdır. Ərəblər pambığın bir çox növünü də Aralıq dənizinin qərb ölkələrinə daşımışdır. Bu növlərdən biri herbaseum növüdür. Bu növü Sicilyadan İspanya torpaqlarına qədər yaymışdılar.

Ölkəmizdə pambıqçılığın ilk inkişafı barədə dəqiq yazılı mənbə mövcud deyil. Müxtəlif arxiv materiallarına və istinadlara nəzər yetirsək, görərik ki, Azərbaycanda pambıqçılığın hətta XIX əsrin əvvəlinə qədər olan vəziyyəti haqqında əldə tutulan tam məlumat yoxdur. Çox sayda məlumat natamamdır. Bu arxiv materiallarını üzə çıxaran isə Ə.Ə.Sumbatzadə olmuşdur. Yenə də, tarixçi Majey Xoreyskin-ə görə Azərbaycanda pambıq IV və VI əsrlərdə becərilib. Güman edilir ki, Azərbaycana pambıqçılıq İran və İraqdan gəlmişdir. Bəzi dəqiq mənbələrə görə, 1823-cü ildən sürətli pambıq əkininin olması əsasən dəmir yoluna yaxın olan qəzalarda (Gəncə, Göyçay, Ağdaş və s.) və həmçinin Naxçıvanda baş vermişdir.