az en ru

“MKT İstehsalat Kommersiya” MMC

 

 

“MKT İstehsalat Kommersiya” MMC Fermerləri müştərək pambıq əkininə dəvət edir.  

Əziz fermerlər, əkin üçün yararlı torpaqlarınızı bizimlə müştərək əkərək biçin sezonuna qədər şirkətimizin

təqdim etdiyi avans xidmətlərdən faydalana bilərsiniz.

 

Fermerlərlə işin əsas prinsipləri belədir:

“MKT İstehsalat Kommersiya” MMC—nin filiallarına yaxınlaşaraq ilkin müraciət ərizəsini doldurursunuz və sizə sənədlər toplusu haqqında məlumat təqdim edilir. Qeyd olunan ərizədə özünüz və əkin sahəsi haqqında məlumatlar habelə əlaqə vasitələriniz qeyd olunur.

Müraciətə əsasən aqronomlarımız əkin sahəsinə baxış keçirir və ərazinin əkin üçün uyğun olub olmadığına qərar verir.

Əkin sahəsinin əlverişli olduğuna qərar verildikdən sonra fermer  sənədlər toplusunda qeyd olunan sənədlərlə təkrar filiallarımıza yaxınlaşır və “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə imzalayır.

 

Şirkətimiz torpağın şumlanması prosesidən başlayaraq bütün digər proseslərdə ( suvarma, alaq təmizləmə, səpin, defalivasiya, yığım) fermerlərdən əvvəlcədən heç bir vəsait almadan xidmət göstərir. Göstərilən xidmətlərin dəyəri fermerin adına borc olaraq qeyd edilir.

 

Biçin zamanı “MKT İstehsalat Kommersiya” MMC toplanmış pambığı təhvil alır.

Təhvil alma prosesində ilk olaraq fermerin borcu tam bağlanılır, qalan vəsait isə fermerin hesabına ödənilir.

Yəni fermer biçini yekunlaşdırıb pambığın filiala satışı zamanı yararlanmış olduğu xidmətlərin dəyərini şirkətə geri ödəyir.

 

Qeyd olunan xidmətlər Azərbaycanda pambıqçılığın inkişafı üçün “MKT İstehsalat Kommersiya” MMC tərəfindən həyata keçirilir. Şirkətimiz Azərbaycan Respublikasının qeyri neft sektorunda fəaliyyət göstərən ən böyük ixracat şirkətlərindən biri olaraq ölkəmizin iqtisadiyyatının inkişafı üçün daima çalışmaqdadır.

 

Xidmətdən yararlanmaq üçün aşağıda təqdim edilmiş əlaqə vasitələrini istifadə edə və ya

filiallarımıza yaxınlaşa biərsiniz.

 

Əlaqə:

Elektron poçt: İnfo@mktcotton.com  

Tel:  (+994) 12 497 13 04