az en ru

İstehsalat məhsulları

İstehsalat məhsulları

“MKT İstehsalat Kommersiya” MMC Azəbaycanın ən böyük xam pambıq istehsalçısıdır və Azərbaycan ərazisində 11 pambıq istehsal zavodu var. Şirkət hər mövsüm Azərbaycan ərazisində əkilən pambığın 50%-dən çoxunu toplayır və xam pambığın 40%-dən mahlıc, 52%-dən çiyid, geri qalan 8%-dən isə pambıq tullantıları əldə edilir.

Hər pambıq emal zavodu mövsüm ili ərzində 5000-10000 ton mahlıc istehsal etməyə qadirdir. Bundan əlavə zavodlarda çiyid, uluk, lint və tifitik istehsal edilir.

MKT İK MMC-nin əlavə olaraq 2 open end iplik istehsal zavodu və 1 yağ, piy istehsal edən zavodu vardır. Yağ və piy zavodu rafinə olunmuş pambıq yağı və yan məhsullar istehsal edir.