az en ru
Bakı İplik Fabriki

Bakı İplik Fabriki

  • 2008-ci il fevralın 8-də MKT İstehsalat-Kommersiya MMC-nin Bakı İplik Fabriki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etməsi ilə öz fəaliyyətə başlamışdır.
  • Zavod Almaniyanın Rieter firmasının avadanlıqlarından olan Open-End avadanlığı ilə təchiz olunmuşdur. Ən yeni texnoloji standartlara cavab verən fabrikdə şirkətin öz istehsal etdiyi xammaldan (pambıq mahlıcından) Ne6-Ne32 nömrəli trikotaj və toxuma ipliyi istehsal olunur. Əyrici maşınların üstündə yerləşən xüsusi proqramlaşdırılmış robotlar prosesin daha mükəmməl və keyfiyyətli şəkildə getməsinə şərait yaradır.
  • Alınan məhsulun keyfiyyətinə nəzarət etmək üçün zavodda İsveçrənin USTER şirkətinin avadanlıqları ilə təchiz edilmiş laboratoriyasıda fəaliyyət göstərməkdədir.
  • İldə 5000-6000 ton pambıq mahlıcından iplik istehsal etmək gücünə malik fabrikin tikintisə 14 milyon 291 min manat investisiya qoyulmuşdur. Fabrik yerli mütəxəssislər tərəfindən idarə olunur və zavodda hal-hazırda ümumi olaraq 112 işçi fəaliyyət göstərir.
  • Şirkət məhsullarının böyük bir həssəsi xarici ölkələrə ixrac olunur.Bu ölkələrə Rusiya Federasiyası, Belarusiya, Ukrayna, Türkiyə, İran və s aiddir.

Müraciət formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

Geriyə qayıt