az en ru

“MKT İstehsalat Kommersiya” MMC

“MKT İK” MMC-nin SƏTƏM siyasəti

ÜMUMİ SİYASƏT

“MKT İK” MMC bir işə götürən olaraq, öz işçilərinin sağlamlığı, təhlükəsizliyi, və rifahını münasib və real şəkildə təmin etmək vəzifələri və öhdəliklərini tanıyır və qəbul edir.

“MKT İK” MMC qonaqlarını, müştərilərini və onun fəaliyyətləri zamanı təsirə məruz qala biləcək ictimaiyyət üzvlərini qorumaq üçün bütün mümkün olan praktik səyləri göstərəcəkdir.

“MKT İK” MMC bütün müvafiq qanunlara, əsasnamələrə və təcrübələrə riayət edəcək və aşağıdakılar üçün öz səlahiyyəti daxilində tədbirlər görəcəkdir:

Obyektlərin və avadanlıqların, təhlükəsiz istismarını və sağlamlıq üçün risksiz olmasını təmin etmək və saxlamaq,

Material və maddələrin istifadəsi, ötürülməsi, saxlanması və daşınması zamanı təhlükəsizliyi və sağlamlığa təsir edəcək risklərin olmamasını təmin etmək məqsədilə tədbirlər görmək,

İşdə sağlamlıq və təhlükəsizliyi təmin etmək məqsədilə zəruri hallarda öz işçilərini lazımı məlumat, təlimat, təlim və qaydalarla təmin etmək,

İş yerlərini təhlükəsiz şəraitdə saxlamaq və onun təhlükəsiz giriş və çıxış yerlərini təmin etmək,

İşçilər üçün işə münasib olan Fərdi Mühafizə Vasitələrini təşkil etmək,

Bu məqsədlərə nail olmaq üçün müəssisə, Sağlamlıq və Təhlükəsizlik İdarəetməsində ən yaxşı təcrübəni irəli sürmək və saxlamaq üçün mümkün resurslardan istifadə etməlidir. “MKT İK” MMC zədələnmə, xəstəlik və əmlaka ziyan vurulması ilə nəticələnə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almağa cəhd edəcəkdir.

 

RƏHBƏRLİYİN MƏSULİYYƏTİ

“MKT İK” MMC qətiyyətlə inanır ki, Sağlamlıq və Təhlükəsizlik əhəmiyyətcə digər hər hansı idarəetmə funksiyasına bərabər idarəetmənin bir aspektidir. Müəssisə zədələnmə və peşə xəstəliyin qarşısını almaq üçün bütün rəhbər və nəzarətçilərdən Sağlamlıq və Təhlükəsizliyi öz normal vəzifə və məsuliyyətlərinin bir hissəsi hesab etməyi gözləyir.

“MKT İK” MMC-nin iş yerlərində Sağlamlıq və Təhlükəsizlik standartları üçün rəhbərlik cavabdehdir.

Sağlamlıq və Təhlükəsizliyə nəzarət ediləcək və işimizin qiymətləndirilməsinin bir hissəsi kimi nəzərə alınacaqdır. Əlaqədar vəzifələr və məsuliyyətlər haqqında ətraflı məlumat SƏTƏMM üzrə qaydalar toplusu ilə müəyyən edilir.

 

İŞÇİLƏRİN MƏSULİYYƏTİ

“MKT İK” MMC qanunun tələblərinə və öz Sağlamlıq və Təhlükəsizlik standartlarına cavab vermək üçün bütün işçilərindən rəhbərliklə əməkdaşlıq etmələrini tələb edir. İşçilərə özlərinin və ya digər şəxslərin Sağlamlıq və Təhlükəsizliyinə mənfi təsir edə biləcək hər hansı bir hərəkətləri etməməyi xatırladır. Müəssisənin Sağlamlıq və Təhlükəsizlik Siyasətinin hər hansı bir pozuntusu intizam tədbirləri ilə nəticələnəcəkdir. Bütün işçilər Sağlamlıq və Təhlükəsizlik İdarəetmə Sistemində göstərildiyi kimi öz vəzifə və məsuliyyətlərinin iş təlimatını alacaqdır.

SAĞLAMLIQ VƏ TƏHLÜKƏSİZLİYƏ KÖMƏK

Sağlamlığın qorunması və Təhlükəsizlik fəaliyyətinin başlıca funksiyası “MKT İK” MMC-nin Sağlamlıq və Təhlükəsizlik məqsədlərinə cavab verilməsinə kömək etməkdir. “MKT İK” MMC-nin Sağlamlıq və Təhlükəsizlik qaydalarının yaradılması, həyata keçirilməsi, monitorinqi və nəzərdən keçirilməsi daxil olmaqla, müəssisədə Sağlamlıq və Təhlükəsizliyin peşəkar və hərtərəfli şəkildə təmin edilməsi üçün İdarə Heyətinin Üzvləri İdarə Heyətinin sədri qarşısında məsuliyyət daşıyır.

 

İŞ TƏHLÜKƏSİZLİYİNİN TƏHLİLİ

Ümumi Sağlamlıq və Təhlükəsizlik tədbirlərimizin bir hissəsi kimi, “MKT İK” MMC tərəfindən yerinə yetirilən bütün işlər üçün Sağlamlıq və Təhlükəsizlik risklərinin münasib və lazımı qiymətləndirilməsi aparılır.

Belə qiymətləndirmələrin məqsədi müvafiq qanunvericiliyə və müəssisə daxili qaydalara uyğun olmaq və işçilərimizin Sağlamlıq və Təhlükəsizliyini təmin etmək üçün zəruri olan müvafiq profilaktik və qoruyucu tədbirləri müəyyən etməkdir.

 

MƏSLƏHƏTLƏŞMƏ

İşçilərimizin fəal iştirakı olmadan heç bir Sağlamlıq və Təhlükəsizlik Siyasəti uğur qazanmayacaq. Əməliyyat komandamız tərəfindən Sağlamlıq və Təhlükəsizlik idarəetmə sisteminə dair təhlükəsizliyin yaxşılaşdırılması iclasları keçiriləcəkdir. “MKT İK” MMC-də SƏTƏMM istiqamətinə nəzarət etmək və onu təkmilləşdirmək məqsədilə qanuni tələblərə uyğun SƏTƏM şöbəsinin rəhbəri təyin edilmişdir.

 

TƏLİM

“MKT İK” MMC işçilərimizin özlərinə və başqalarına təhlükə yaratmadan işlərini yerinə yetirmək üçün təcrübəli olmasını təmin etmək məqsədilə Sağlamlıq və Təhlükəsizlik Təliminə ehtiyac duyur. Belə təlim işçinin istiqamətləndirilməsi zamanı və müntəzəm olaraq işlədiyi müddətdə həyata keçiriləcəkdir.

 

BƏDBƏXT HADİSƏLƏRİN MƏRUZƏ EDİLMƏSİ VƏ ARAŞDIRILMASI

SƏTƏMM şöbəsinin rəhbəri zədələnmə, əmlaka ziyan, xəta və ya uyğunsuzluqlarla əlaqədar bütün hadisələrin başvermə şəraiti və səbəblərini araşdırması haqqında məlumatı məruzə etmək üçün məsuliyyət daşıyır.

Zəruri hallarda, müstəqil hadisə araşdırılmasında, daxili təhqiqat komissiyasının və dövlət orqanlarının əməkdaşlarının apardığı təhqiqatda yaxından iştirak edir və lazımı köməklik göstərir.

 

Bədbəxt hadisələr üçün müvafiq məruzə forması doldurulacaq. Bütün məruzələrin surətləri İdarə Heyətinin sədrinə göndəriləcəkdir. Müəyyən hallarda müəssisə xarici orqan(lar)la məsləhətləşmə apara bilər.  O zaman onlar hadisə haqqında bütün məlumatlarla təmin ediləcəkdir.

 

SİYASƏTİN NƏŞRİ

Bu siyasətin surətləri bütün işçilərə çatdırılacaq və “MKT İK”  MMC-nin iş sahələrində asılacaqdır. O, bütün podratçılar, müştərilər və qonaqların diqqətinə çatdırılacaq və hər hansı maraqlı tərəfə təqdim ediləcəkdir.

 

SİYASƏTİN NƏZƏRDƏN KEÇİRİLMƏSİ

“MKT İK”  MMC-nin SƏTƏMM siyasəti müntəzəm surətdə nəzərdən keçiriləcək və hər hansı qanunvericilik dəyişikliyi və ya müəssisənin ehtiyaclarından asılı olaraq ona düzəlişlər ediləcək. Lazımı hallarda, yeni SƏTƏMM məqsədləri müəyyən edilib iş sahələrinə yayımlanacaq

PDF Yüklə