az en ru

MKT İK MMC-də Saatlı “AÇIQ QAPI” günləri!

28.04.2022
7 may 2022-ci il tarixdə saat 10:00-17:00 aralığında Saatlı rayonu Mədəniyyət Mərkəzində keçiriləcək tədbirdə müxtəlif vakansiyalar üzrə işə qəbul aparılacaqdır. 
“MKT İK” MMC-nin “Saatlı filialı”nda işə qəbul olmaq istəyən şəxslər qeyd olunan tarixdə Saatlı Mədəniyyət Mərkəzinə yaxınlaşa bilərlər. İşə qəbul aşağıdakı vaknsiyalar üzrə aparılacaqdır:


- Mühasibatlıq
- İnsan resursları
- Kargüzarlıq
- Fəhlə (müxtəlif sahələr üzrə)
- Aqronom
- Elektrik
- Energetik
- Mexanik
- Çilingər
- Traktorçu
- Laborant
- Anbardar
- Gözətçi


“Açıq qapı” gününə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Tədbirdə iştirak etməklə siz şirkətimiz və işə qəbul prosesimiz haqqında ətraflı məlumat əldə edə bilər və müvafiq vakansiyalara müraciət edə bilərsiniz.

"MKT İstehsalat Kommersiya" MMC 25 ildən çoxdur ki, ölkəmizdə pambıq və pambıq məhsulları istehsalı və ixracını həyata keçirir.
2022-ci ilin Yanvar, Fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-hazırda müəssisədə işçi sayı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Cari ilin Yanvar-Sentyabr aylarında ixrac liderliyini əlində saxlayan şirkətimizin komandasına qoşulmaq üçün tələsin.

DİGƏR XƏBƏRLƏR