az en ru

"Gənc Elektrik İnkişaf Proqramı"

06.12.2021

Vəzifə öhdəlikləri:
 
Gənc elektrik çalışdığı bölgə üzrə baş energetiklərin rəhbərliyi altında aşağıdakı işləri icra edir:
·        Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi;
·        Elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması;
·        Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi;
·        Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq Baş energetikə məruzə edilməsi;
·        Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumatın verilməsi;
·        Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edilməsi;
·        Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edilməsi, qısaqapanmanın yaranmaması üçün lazımi addımların atılması;
·        Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasının təmin edilməsi;
·        Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfinin təhlil edilməsi, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumatın verilməsi;
·        Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərinin icra edilməsi.

 Tələblər
•    Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
•    Müvafiq sahə üzrə təhsil;
•    Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
•    Azərbaycan dilini səlis (rus dili orta səviyyədə üstünlükdür) bilməlidir.
•    Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.

Səriştələr:

•    Məsuliyyətli
•    Şəxsi inkişafa meylli
•    Pozitiv
•    Özünütəşkiletmə qabiliyyəti
•    Nailiyyət yönümlülük
•    Etibarlılıq
•    Dürüstlük

Müraciət etmək üçün xahiş olunur ki, linkə daxil olasınız: https://qlor.me/kwopitwo