az en ru

Vakansiya: Sistem İnzibatçısı

04.10.2021

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

 

“MKT İstehsalat Kommersiya” MMC xam Pambıqdan əsasən Mahlıc, Çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jmıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.

 

2021-ci ilin Yanvar, Fevral və Mart  ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssısəmizdə işçı sayı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.

 

 

“MKT İK” MMC IT şöbəsinə qoşulmaq üçün açıq fikirli və enerjili Sistem İntibatçısı axtarır.

 

Vəzifə öhdəlikləri:

 

  • IT İnfrastrukturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin edilməsi;
  • Virtual və fiziki serverlərin qurulması, idarə edilməsi;
  • Şirkətin İT prosedur, qayda və siyasətlərinə müvafiq olaraq istifadəçiyə onun işlədiyi serverlərə uyğun icazə və səlahiyyətlərin verilməsi;
  • Terminal serverlərin qurulması və dayanıqlığının təmin edilməsi;
  • Backup&Restore sisteminin qurulması, mütəmadi olaraq test edilməsi, davamlı işləməsinin təmin edilməsi;
  • Avtomatlaşdırılmış backup prosseslərinin yaradılması, avtomatik backup prosseslərinə müvafiq olaraq backup avadanlığının hissələrə ayrılması, backup avadanlıqlarının serverlərdə sazlanması, düzgün bölüşdürülməsinə nəzarət edilməsi;
  • Server və storage-lərlə bağlı hardware və software problemlərinin yaranma ehtimallarını öncədən müəyyən edilməsi, qabaqlayıcı  tədbirlərin hazırlanması;
  • Bulud həllərin idarə edilməsi, mümkün avtomatlaşma həllərinin tətbiq edilməsi, kəsintisiz və əlçatanlığının təmin edilməsi;
  • Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
  • Server və iş stansiyalarının proqram təminatının inteqrasiyasını təmin etmək;
  • Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
  • Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
  • Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
  • Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq;
  • Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
  • Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
  • İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;

 

Tələblər:

 

  • Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Azərbaycan, İngilis və Rus dili bilikləri (danışıq bilikləri, texniki sənədlərin oxunması);
  • Şirkətin İT infrastrukturunun (serverlər, daxili şəbəkə) fasiləsiz işləməsinin təmin olunması
  • Linux və Windows serverlərin idarə olunması üzrə bilik və təcrübəyə malik olmaq;
  • VMware, Azure Backup, Azure Disaster Center və s. barədə biliklər.
  • Storage-lər, Backup sistemlər barədə biliklər;
  • HP, Dell serverlərlə, NAS serverlərlə iş təcrübəsi;
  • Active Directory, DNS, DHCP, GPO idarə edilməsində bilik və təcrübəyə malik olmaq;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

 

 

Səriştələr:

 

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

 

Əlavə məlumat:

 

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

 

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “WS Sistem İnzibatçısı” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.

 

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.