az en ru

MKT İstehsalat Kommersiya MMC üçün hazırlanan video çarx təqdim olundu.

11.12.2019

Marcom Marketinq və Kommunikasiyalar Şirkətinin İcraçı Direktoru Ceyhun Fərzəliyev təqdim olunmuş tanıtım çarxı ilə bağlı məlumat verərək bildirdi ki, video çəkilişlər bir neçə məkanlarda baş tutub:

“Təqdimat çarxının çəkilişləri 4 ay ərzində Bakı, Şirvan, Yevlax şəhərlərində və Ağcabədi rayonunda aparılmışdır. Sifarişçi tərəfindən qarşımıza qoyulan məqsəd şirkətin gördüyü işi, əhatə etdiyi əraziləri, texniki imkanlarını, yığım və istehsal prosesini əks etdirmək idi ki, biz də bunun öhdəsindən layiqincə gəlmiş olduq. Şirkətin gələcək dizayn işlərində istifadəsi üçün çəkilişlərə foto işləri daxil edilmişdir.”

“MKT İstehsalat Kommersiya” MMC şirkətinin İdarə Heyətinin sədri Rövşən Həsənov görülmüş işlərlə bağlı fikir bildirərək söyləmişdir: ““Marcom” şirkəti ilə olan iş birliyimizi yüksək qiymətləndiririk. Şadam ki, video çəkiliş işlərində bizə dəstək olmaqla yanaşı, çəkilişin daha keyfiyyətli olması üçün bizim əməkdaşlara da müvafiq istiqamətlər verməkdə yardımçı oldular. Hal-hazırda “Marcom” şirkəti ilə əməkdaşlığımızın yeni istiqamətlərini müzakirə edirik.”

Qeyd edək ki, yaxın günlərdə “MKT İstehsalat Kommersiya” MMC-nin veb platforması da təqdim olunacaq. Video çəkilişlər 4 ay ərzində Bakı, Şirvan, Yevlax şəhərlərində və Ağcabədi rayonunda aparılmışdır

 

Digər xəbərlərlə tanış olun: Əsas ixracatçı şirkətlər siyahısında “MKT İstehsalat Kommersiya” MMC-nin də adı var

Digər xəbərlərlə tanış olun: Pambığın yarıdan çoxunu bizim şirkət tədarük edib

 

Məhsullarımızın siyahısı: Məhsullar