az en ru

Vakansiya: Təchizat üzrə kiçik Mütəxəssis (Bazar araşdırmaları üzrə)

05.10.2021

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

 

“MKT İstehsalat Kommersiya” MMC xam Pambıqdan əsasən Mahlıc, Çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jmıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.

 

2021-ci ilin Yanvar, Fevral və Mart  ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssısəmizdə işçı sayı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.

 

 

“MKT İK” MMC Təchizat şöbəsinə qoşulmaq üçün açıq fikirli və enerjili Təchizat üzrə kiçik Mütəxəssis (Bazar araşdırmaları üzrə) axtarır.

 

Vəzifə öhdəlikləri:

 

  • Şirkət təchizat strategiyasına uyğun yeni təchizat mənbələrinin və tədarükçülərin araşdırılması və mövcud təchizatçı bazasın genişləndirilməsi;
  • Mövcud təchizatçı bazası ilə daimi əməkdaşlıq və daha əlverişli şərtlərin əldə edilməsi;
  • Yeni təchizatçılarla şirkət strategiyasına uyğun ilkin danışıqların aparılması və şərtlərin müəyyənləşdirilməsi;
  • Təchizatçı siyahısına qeydiyyat və təchizatçıların qiymətləndirmə işinin təşkili;
  • Təchizat şöbəsi sənəd dövriyyəsi işinə nəzarət;
  • Yerli və xarici bazar üzrə yeni imkanların və risklərin izlənilməsi;

 

Tələblər:

 

  • Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil;
  • Təchizat, satınalma sahəsində təcrübə;
  • Təchizat və satınalma prossesləri və ümumi prinsipləri haqqında biliklər;
  • Azərbaycan, İngilis və Rus dili bilikləri (danışıq bilikləri, texniki sənədlərin oxunması);
  • İnternet resursları, kataloq və portallarda axtarış bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

 

 

Səriştələr:

 

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

 

Əlavə məlumat:

 

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

 

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “WS Təchizat üzrə kiçik Mütəxəssis (Bazar araşdırmaları üzrə)” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.

 

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.