az en ru

“MKT İstehsalat Kommersiya” şirkətindən Qurban payı yardımı

17.07.2021

Qurban Bayramı ərəfəsində “MKT İstehsalat Kommersiya” MMC , Qızıl Aypara Cəmiyyəti ilə birlikdə xeyriyyə aksiyası təşkil etmişdir. Xeyriyyə aksiyası, bayram ərəfəsində ehtiyac sahiblərini xatırlanması, müəyyən ehtiyaclarının qarşılanması və bayram öncəsi insanların üzündə təbəssüm yaratmağı hədəfləyir.

Qurban payı yardımında Qızıl Aypara Cəmiyyəti tərəfindən müəyyən edilən və qurumun qeydiyyatında olan ailələrə bayram payı paylanılmışdır. Bu səbəblə “MKT İstehsalat Kommersiya” MMC, yardıma dəstək verdiyi üçün cəmiyyətə, həmçinin cəmiyyət daxilində çalışan işçi heyəti və könüllü gənc fəallara öz dərin minnətdarlığını bildirir.

“MKT İstehsalat Kommersiya” MMC, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

2019-2020 mövsümündə şirkət 45,000 Ha sahədən rekord göstərici olan 35.6 sentner/Ha xam pambıq istehsal etmişdir. Cari ilin Yanvar-May ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssısəmizdə işçi sayısı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.