az en ru

Vakansiya: Risklərin idarə edilməsi (Data Analitika) üzrə mütəxəssis

04.10.2021

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

 

“MKT İstehsalat Kommersiya” MMC xam Pambıqdan əsasən Mahlıc, Çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jmıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.

 

2021-ci ilin Yanvar, Fevral və Mart  ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssısəmizdə işçı sayı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.

 

 

“MKT İK” MMC Mühasibatlıq komandasına qoşulmaq üçün açıq fikirli və enerjili Risklərin idarə edilməsi (Data Analitika) üzrə mütəxəssis axtarır.

 

Vəzifə öhdəlikləri:

 

  • Modelləşdirmə alətləri üzrə riskləri müəyyən etmək, qiymətləndirmək, tənzimləmək və nəzarət altında saxlamaq;
  • Əsas göstəricilərinin statistik modelləşdirilməsi və proqnozlaşdırılması üzrə təkliflər vermək;
  • Riyazi və statistik metodlardan istifadə etməklə riskləri qiymətləndirmək;
  • MKT İK MMC  qurumlarının və əməkdaşlarının fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini əks etdirən məlumatların (müvafiq baza, qeydiyyat kitabları və ya sənədləri, hesabatlar, icmal məlumatlar, protokollar və aktlar, sənəd dövriyyəsi və s.) müvafiq normativ-hüquqi sənədlərlə, həmçinin mövcud etibarlı informasiyalarla tutuşdurulması (üzləşdirilməsi) zamanı yarana biləcək risklərin önlənməsi üçün risk matrisaları hazırlayır;
  • Yoxlamalar üzrə elektron mətnlərin, cədvəllərin, məntiqi analizləri üçün risk səviyyəsinin dəyərləndirilməsi  hesabatlarının hazırlanmasına müvafiq baza yaradır;
  • Risk işinin sistemləşdirilməsi və  təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

 

Tələblər:

 

  • Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
  • Statistik və ya riyazi modelləşdirmə sahəsində təcrübə, analoji sahədə ən azı 1 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) və 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
  • Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilik;
  • Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilik;
  • Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli üzrə bacarığı;
  • Excel və Python və ya / R və ya / SAS və ya / MATLAB – ın hər hansı birinin istifadəsi bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.

 

Səriştələr:

 

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

 

Əlavə məlumat:

 

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

 

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “WS Risklərin idarə edilməsi üzrə mütəxəssis” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.

 

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.