az en ru

Vakansiya: Risklərin İdarə edilməsi üzrə mütəxəssis

09.06.2021

Vəzifə funksiyaları

  • Yarana biləcək potensial risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsində və qərarların qəbul edilməsində iştirak edir;
  • Risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir,
  • Risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi;
  • Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Сəmiyyətin filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
  • Baş verən qayda pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
  • Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planını hazırlamaq, müvafiq kollegial orqanda təsdiqləmək və müvafiq strukturlarla ilə müzakirə edərək icrasını davam etdirmək;
  • Mövcud risklər üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
  • Bütün sahələr üzrə müəyyən olunmuş limitlərə nəzarətin keçirilməsi;
  • Stress testlərin müəyyən edilməsi və həyata keçirilməsi;
  • Rüblük risk hesabatlarının hazırlanması;
  • Mütəmadi olaraq risklərin idarəedilməsi sahəsindəki yeniliklər barədə beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin verilməsi;
  • Cəmiyyətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
  • Risklər üzrə işçilərin biliklərini artırmaq üçün Cəmiyyətdə təlim / seminar keçirmək;
  • Rəhbərlik üçün daxili hesabatların hazırlanması.

 

Texniki biliklər:

 

  • Risk səviyyəsinin ölçülməsi və risklərin idarəedilməsi haqqında geniş biliklər;
  • Cəmiyyətin mövcud daxili normativ sənədlərinin biliyi.

 

Səriştə və bacarıqlar:

  • Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq;
  • Analitik düşüncə qabiliyyəti;
  • Komanda daxilində işləmək bacarığı;

Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.

 

Tələblər

  • İqtisad sahəsində ali təhsilin olması (Statistika və Riyazi maliyyə üstünlükdür);
  • Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət  sahəsində ən azı 1-3  il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;
  •  Rus və ingilis dilləri arzu olunandır.;
  • Microsoft Office və digər proqramlar;
  •   Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
  •   Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
  • Ölkədaxili ezamiyyət etmək imkanı;

İş qrafiki: 5 günlük, 09:30-18:30   Müraciət qaydaları:

CV –ni Azərbaycan dilində  career@mktcotton.com  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Risklərin İdarə edilməsi üzrə mütəxəssis yazmaqla müraciət edilir.