az en ru

“MKT İstehsalat Kommersiya” MMC-nin əməkdaşı şəhidlik zirvəsinə ucalıb.

08.12.2020

Azərbaycan Respublikasında elan olunmuş qismən səfərbərliyə əsasən, ehtiyatda olan hərbçilər və müxtəlif kateqoriyalı hərbi mütəxəssislərin ordu sıralarına çağırılması prosesinə “MKT İstehsalat Kommersiya” MMC-nin əməkdaşları da qoşulmuşdular.

“MKT İstehsalat Kommersiya” MMC-nin daima döyüşlərdə iştirak edən əməkdaşları ilə əlaqə saxlayır və maraqlanır, ailələrinə və yaxınlarına isə qayğı göstərərək dəstək durmağa çalışır. Şirkətin bu təşəbbüsü hətta müharibə bitdikdən sonra da davam edir. Hər bir əməkdaşımızdan aldığımız xoş xəbər bizə sevinc və qürur hissi bəxş edir.

Döyüşlər başlayan gündən ordu sıralarına çağırılan Azər Şükürov da şirkətin dəyərli və doğma üzvlərindən idi. Müharibə bitdikdən sonra ondan xəbər almaq mümkün olmadı, doğma kollektivi, ailəsi, yaxınları hər saat, hər gün onun haqqında məlumat gözləyirdi. Bu günlərdə gələn xəbər isə şirkətin hər bir əməkdaşını üzdü.

Ağır döyüşlərdə iştirak edən Azər Şükürov, vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. O, hər zaman MKT İstehsalat Kommersiya MMC şirkətinin kollektivinin qəlbində dəyərli, doğma, igid və cəsur əməkdaş kimi yaşayacaqdır.

Allah sənə rəhmət eləsin! Ruhun şad olsun!